Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-04-2024 , 23:08

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İcra başçısı səyyar qəbulu bələdiyyənin inzibati binasında keçirdi 

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 08.04.2024-cü il tarixdə Kürdəxanı bələdiyyəsinin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın Kürdəxanı QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Kürdəxanı bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.

Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən qəsəbə ərazisində yol infrastrukturunun bərpası və təmiri, məişət məsələləri, içməsi su ilə təchizat, maddi yardım və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.

Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

Vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Sabunçu rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir

Sabunçu RİH 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024